Azərbaycanın Ən Böyük Bilik Olimpiadası- 2

????Tələbələrə şad xəbər :)

Azərbaycanın Ən Böyük Bilik Olimpiadası-2 başlayır ????????????????

MASTER CLASS-ın təşkilatçılığı ilə bütün Dövlət və Özəl ali məktəblərin tələbələri arasında keçiriləcək (sonuncu kurs istisna olmaqla) olimpiada 2 mərhələdən ibarət olacaq.

????I mərhələ: 15 aprel, 2018
????II mərhələ: 29 aprel, 2018

????Olimpiadanın I mərhələsi 80 sualdan ibarətdir:
????Məntiqi təfəkkür- 35 test ;
????Mənim Azərbaycanım- 15 test ;
????İnformatika bilikləri- 15 test;
????Xarici dil(ingilis vəya rus)- 15 test. Bu mərhələdə bir sual 1 balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavablara təsir etməyəcək. I mərhələdə ən yüksək nəticə toplayan 100 nəfər II mərhələyə buraxılacaq.

????II mərhələ 50 sualdan ibarətdir:
????Məntiqi təfəkkür (30-u test, 20-si açıq tipli).
Bu mərhələdə bir test tapşırığı 1 balla, açıq tipli suallarda isə hər düzgün cavab 1 bal, hər izahlı düzgün cavab isə 2 balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavablara təsir etməyəcək.

????Olimpiadanın iki mərhələsindən ümumilikdə ən yüksək bal toplayan ilk 10 tələbəyə xüsusi hədiyyələr,təhsil güzəştləri, fəxri fərmanlar, digər 90 tələbəyə isə MASTER CLASS tərəfindən xüsusi güzəşt paketləri təqdim ediləcək.

İŞTİRAK ET, 2018-Cİ İLİN ƏN SAVADLI TƏLƏBƏSİNİN SƏN OLDUĞUNU HAMIYA SÜBUT ET!

Qeydiyyat linki:
https://goo.gl/forms/FIGfmuzBZwdE4WRZ2

Əlavə məlumat üçün:
???? Tel: +99470 612 00 91 (whatsapp)
Read more